XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 November 2015 - 13:34

«Selfie xəstəliyi» əleyhinə dərman çıxdı – 15 dollara

Britaniyadakı internet-mağazaların birində «selfie» asılılığından qurtulmaq üçün xüsusi dərmanların satışına başlanılıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, «AntiSelfieTabs.com» ünvanında satışa çıxarılan bu dərmanı 15 dollar ödəyərək əldə etmək olar. 36 tabletkadan ibarət dərmandan bir dəfəyə 5 qutudan artıq sifariş vermək olmaz.

Nanə dadında olan dərman həm nəfəsi təravətləndirir, həm də müalicəvi təsirə malikdir. Dərman onu sifariş verən müştəriyə anonim qaydada göndərilir. 

«Selfie» asılılığından azad olmaq üçün qadınlara sutkada 3, kişilərə isə 2 tabletka içmək tövsiyə olunur.