XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

08 May 2017 - 16:23

 Dünyanın ən səmərəsiz hava limanına ilk dəfə sərnişin təyyarəsi enib –FOTO

Atlantik okeanındakı ən səmərəsiz hava limanı il ərzində ilk dəfə olaraq sərnişin təyyarəsini qəbul edib. Bu barədə "Times" nəşri məlumat verib.

Hava limanı ilə bağlı Atlantik okeanında, Müqəddəs Yelena adasında bir il əvvəl meydança tikilib. Bütün bu müddət ərzində yalnız mayın 7-də 60 nəfərlə ilk sərnişin təyyarəsi yerə enib. Aeroportun tikintisinə xeyli vəsait – 370 milyon dollar xərclənib, lakin indiyədək onun tikintisinə sərf edilən xərc ödənilməyib və dünyanın ən səmərəsiz hava limanı sayılır.

Hava limanının administrasiyasından bildiriblər ki, mürəkkəb relyefə malik ərazidə, əsasən də güclü küləkdə təyyarənin enişi xeyli çətinləşir. Enmə zolağı daim toz və qumla dolur ki, bu da qəza vəziyyətinin yaranmasına səbəb ola bilər.