XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

08 Noyabr 2015 - 10:19

Prezidentin avtomobilinin nömrəsi 100 min dollara satıldı

ABŞ-ın keçmiş prezidenti Con Kennedinin 1963-cü ildə qətlə yetirildiyi avtomobilin nömrəsi Dallasda keçirilən hərracda 100 min dollara satılıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, sarı rəngli GG-300 nömrə nişanını hərraca güllələnmə olayından sonra limuzini təmir edən şirkət rəhbərinin qızı çıxarıb.Qətldən sonra bu nömrəni atmaq istəsələr də, şirkət rəhbəri onu götürərək illərlə evində saxlayıb. 

Hərraca çıxarılan nömrəni Kennediyə aid əşyaların kolleksioneri alıb. 

Birləşmiş Ştatların 35-ci prezidenti olan Kennedi 1963-cü il noyabrın 22-də qətlə yetirilib.

Hadisə prezidentin avtomobil korteji Dallas küçəsindən keçərkən baş verib. Qətldə ABŞ-ın dəniz qüvvələrinin keçmiş snayperi Li Xarvi Osvald ittiham olunub. Osvald həbs olunsa da məhkəməyə qədər sağ qalmayıb. Onu Cek Rubi adlı şəxs güllələyib.