XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

08 Noyabr 2015 - 12:31

Bu coğrafiyada qadınların 60%-i “sünnətli”dir

qadin sunneti.jpg

 

“İraqın Süleymaniyyə vilayətində qadınların 60%-i “sünnət” edilib. 2011-ci ildə İraqın şimalındakı kürd muxtariyyətində qadın “sünnəti” qadağan olunsa da, qarşısını almaq mümkün deyil”.

Strateq.az xəbər verir ki, bu faktlar UNICEF və İrak-alman dərnəyi olan “WADI”-nin Ərbildə keçirilən seminarda səsləndirilib. Kürd mətbuatının xəbər verdiyinə görə, tədbirdə bir sıra qadın hüquqları müdafiəçiləri, mütəxəssislər və ailə daxili şiddətə məruz qalan xanımlar iştirak edib. Onlar Şimali İraqda bu cür ənənələrin qarşısının necə alına biləcəyi ətrafında baş sındırıblar.

“WADI”-nin təsbitlərinə görə, “qadın sünnəti”nin rəvacda olduğu yer təkcə Süleymaniyyə də deyil. Toplantının keçirildiyi Ərbil də bu sahədə ondan geri qalmır. Məlumatlara əsasən, təkcə bu il 2000-dən artıq ərbilli qız “sünnət” olunub. Şimali İraqda qadınların ən az “sünnət” edildikləri yer isə Duhokdur. Yarım milyonluq əhalisi olan vilayətdə, demək olar ki, bu ənənəyə rastlanmır.

Qeyd edək ki, Şimali İraq kürd muxtariyyətinin qanunlarına əsasən qızlarını “sünnət” etdirən valideynləri 2 ildən 5 ilə qədər həbs və ya 4-8 min dollar pul cəzası gözləyir. Buna baxmayaraq, əhali qızlarını “sünnətləməmək”dənsə bu ağır cəzanı çəkməyə razıdılar. Yerli inanışa görə, “sünnət”lənmə zərif cinsin istəklərini azaldır və onların pis yola düşməsinin qarşısını alır. Odur ki, bu ənənəni davam etdirmək daha məqbul hesab olunur.