Xorvatiyanın İstriya regionunun Pula şəhərində ölkədə zeytun yağı istehsalına aid ilk muzey açılıb.
“İstriya regionunun zeytun yağı evi” adlı muzey şəhərin mərkəzində tarixi binada yerləşir.
Muzeyin ziyarətçiləri üçün zeytun yağının keyfiyyətinə görə fərqləndirilməsi, dequstasiya kimi maraqlı proqramlar təşkil olunur. Muzeyə giriş haqqı 12 avrodur.