Arxeoloqlar Misirin Minya əyalətində yeni yeraltı qəbiristanlıq kəşf ediblər.
Qəbiristanlıqda 17 mumiya tapılıb. Məzarlığın hansı dövrə aid olduğu hələ bilinmir. Qahirə universitetinin professoru Salah əl-Xoli məsələ ilə bağlı deyib: "Bir çox mumiyanın olduğu yeraltı qəbiristanlıq kəşf etdik".
Qahirə universitetinin arxeoloji qazıntılar idarəsinin sədri Məhəmməd Hamza bu barədə məlumat verib: "Yaxşı vəziyyətdə olan 17 mumiya kəşf etdik. Amma bu qəbiristanlıq 32 mumiya üçün salınıb və qadın, uşaq və körpələrə aiddir".
Bəzi ehtimallara görə məzarlıq eramızdan əvvəl 332-ci ildə Misirin Makedoniyalı İskəndər tərəfindən fəthindən sonrakı 600 illik Misir-yunan-roma dövrünə aid ola bilər.(ölkə.az)