XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

17 May 2017 - 18:39

60 milyon il əvvəl yerə düşən asterodin daha bir sirri açılır-Dinozavrlar necə məhv olub?

66 milyon il əvvəl asteroidin Yerə düşməsi nəticəsində meydana gələn Chicxulub krateri üzərində tədqiqat aparan alimlər dinozavrların bu qədər sürətlə ölməsinə aydınlıq gətiriblər.

Bu barədə bu günlərdə BBC-nin "Dinozavrların öldüyü gün" adlı televiziya filmində söhbət açılıb. Krateri araşdıran tədqiqatçılar Meksika körfəzində asteroidin düşdüyü yerdə qalıq nümunələrini aşkar ediblər. Alimlər tərəfindən toplanan materiallar yer üzündə təbaşir və paleolit dövründə baş verən hadisələrlə bağlı yeni məlumatların əldə olunmasına imkan yaradır.

Məlum olub ki, diametri təqribən 15 km olan və Yukatan yarımadasına düşən nəhəng asteroidin enməsi üçün bundan daha pis yer və daha pis zaman tapması mümkün deyildi. Burada sahil suları dayaz deyildi. Bu isə o deməkdir ki, atmosferə mineral gillərdən ayrılan böyük miqdarda kükürd atılıb.

Göy cisminin yerə düşməsi nəticəsində isə davamlı "qlobal qış" dövrü başlamışdı. Əgər asteroid başqa əraziyə düşsəydi o zaman nəticələr tamamilə başqa olardı: "Məsələ ondadır ki, dinozavrların ölümünə asteroidin ölçüsü, onun zərbə gücü və hətta təbii fəlakətin qlobal nəticələri səbəb olmayıb. Səbəb zərbənin baş verdiyi ərazidir", -deyə "Dinozavrların öldüyü gün" filminin aparıcılarından biri Ben Garrod bildirib.

Əgər asteroid təqribən bir neçə saniyə əvvəl və ya sonra düşsəydi, o zaman o dayaz sahil sularında deyil, dərin okeanda dağılardı.

 

Foto: Daş süxurlar böyük təzyiqə məruz qalıblar

 

Asteroid Atlantik və Sakit okeana düşsəydi o zaman daş süxurlarının buxarlanmasının və asteroidin zərbəsi nəticəsində yerdən ayrılan ölümcül kalsium- sulfatının miqdarı daha az olardı. Məhlul daha qatı olardı və günəş şüaları Yerin səthinə doğru irəliləyərdi. Bu isə o deməkdir ki o zaman canlı təbiətin qlobal fəlakətindən qaçmaq olardi: "Soyuq və qaranlıq okean dünyasında bir həftə ərzində qida bitmişdi, kiçik bir vaxtdan sonra isə quruda da qida bitdi. Planetdə diniozavrlar üçün qida qalmadığına görə onların sağ qalmaq şansları çox az idi ", – deyə Ben Gorrod izah edib.

Kraterin süxurları 1300 metr dərinlikdən hasil edilib. Ən dərin süxurlar isə kraterin daxilindəki "zirvə halqası" adlanan daş radial yaldan çıxarılıb. Bu daş süxurlar zərbə nəticəsində daha güclü deformasiyaya uğrayıblar.

Professor Coy Morgan və Sen Gulikin rəhbərlik etdiyi təqdiqatçılar qrupu əldə olunan materialları analiz etməklə asteroidin düşməsini və ətraf mühitdə baş verən dəyişiklikləri daha ətraflı təsvir etməyin mümkün olacağına ümid edirlər.

Chickxulub krateri yer üzərində həyatı dəyişən zərbə hesab edilir.  Diametri 15 km olan göy cismi eni 100 km, dərinliyi 30 km olan çuxura düşüb. Nəticədə 200 km diametri və bir neçə kilometr dərinliyi olan krateri yaradan cisim partlamışdı. Kraterin mərkəzi yenidən qalxaraq daxili halqanı geridə qoyaraq təzədən məskunlaşıb

Bu gün kraterin böyük hissəsi sahil sularında, 600 metrlik dəniz yataqlarında gizlənib. Quruda isə krater əhəngdaşları qatlarında gizlənib. Alimlər hesablayıblar ki, kraterin yaranması zamanı ayrılan enerji təqribən 10 milyard atom bombasının (Xirosimaya atılan atom bombaları kimi) enerjisinə bərabərdir.

İndi onlar bizim gördüyümüz qaydaların necə deformasiyaya uğradığını anlayırlar. Bundan başqa tədqiqatçılar asteroid düşdükdən sonra bir neçə il ərzində bu əraziyə həyatın necə geri qayıtmasını araşdırırlar.

 

Foto: Kraterin xarici halqası – ağ xətt- qismən Yukatan yarımadasında gizlənib, lakin daxili zirvə halqasını ən yaxşısı sahil sularında araşdırmaqdır (qırmızı nöqtə qazıntı yerini əks etdirir)

 

"Donozavrların öldüyü gün" filminin aparıcılarından biri Alis Roberts ABŞ-ın Nyu-Cersi ştatındakı canlı varlıqların qalıqlarının 25 min parçasının tapıldığı daş karxanasına yola düşüb. Bu qalıqlar asteroid düşən zaman baş verən təbii fəlakətin bilavasitə qurbanlarının kütləvi ölümünün sübutudur: "Bütün bu qalıqlar 10 santimetr qat qalınlıqda yerləşib ", – deyə paleonteloq Kennet Lacovara bildirib.

"Onlar bir anda həlak oldular və torpağa qarışdılar. Bu geoloji zamanın müəyyən anı idi. Bu günlər, həftələr, bəlkə də aylar idi. Amma bu nə min il idi, nə də yüz min il idi. Bu əslində bir anlıq hadisə idi ", – deyə alim iddia edib.

 

Bu məhşur yerlər kraterlə örtülən zəif əhəng daşlarında formalaşıb

25 min qalıqdan bəziləri New-Jersey-dəki bu böyük zirzəmidə yerləşdirilib