XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

18 May 2017 - 15:06

Niderland kralı təyyarə sürdüyünü etiraf edib: –“Salondakı bəzi sərnişinlər səsimi tanıyırlar”

Niderland kralı Villem-Aleksandr taxta cıxdıqdan sonra da adını gizli saxlamaq şərtilə mütəmadi olaraq sərnişin təyyarəsini idarə etdiyini etiraf edib.

KLM reyslərində ikinci pilot kimi uçan kralı bəzən sərnişinlər səsindən tanıyıblar.

Villem-Aleksandrın pilotluq etməsi 2013-cü ildə onun taxta çıxmasından əvvəl məlum olub. Kral pilot lisenziyasını qoruyub saxlamaq üçün nisbətən kiçik tutumlu Fokker 70 təyyarəsində "qonaq pilot" qismində sükan arxasında oturmuşdu. Lakin bu günə qədər onun tacqoyma mərasimindən sonra da ayda iki dəfə KLM şirkətinə aid “KLM Cityhopper”in sərnişin reyslərində gizlin işlədiyi bilinməyib. Bu reysin sərnişinləri bir qayda olaraq Böyük Britaniya, Almaniya, Norveç və digər Avropa ölkələrinə uçan iş adamları olur. “De Telegraf” qəzetinə müsahibə verən kral təyyarə sürməyə davam edəcəyini, yayda isə daha böyük, “Boeing 737s” təyyarəsini idarə etmək kursunu keçəcəyini söyləyib. Aviaşirkət “Fokker” təyyarələrini “Boeing 737s” təyyarələri ilə əvəz edib. "Nə vaxtsa çoxlu sərnişinlərlə uzaq məsafələrə yeni reyslərdə uçmaqdan məmnun olardım. Həqiqətən mən məhz buna görə, “Boeing 737”-ni idarə etməyi öyrənirəm", – deyə kral bildirib.

Bir qədər əvvəl Villem-Aleksandr deyib ki, kral ailəsində doğulmasaydı “Boeing 747” kimi böyük sərnişin təyyarəsini idarə etməyi arzulayardı.Təyyarə şturvalı arxasında oturan kral sərnişinlərə müraciət edən zaman adını söyləmir, cünki ikinci pilotun özünü təqdim etməsi məcburi deyil. Bundan başqa, onu KLM formasında və papağında tanımaq çox çətindir. Villem-Aleksandr müsahibədə bunları söyləyib: "Mənim üstünlüyüm ondadır ki, mən həmişə kapitanın və heyətin adından sərnişinləri salamlaya bilərəm. Özümü təqdim etməyə ehtiyac yoxdur", – deyə kral qeyd edib. Kralın sözlərinə görə bütün bunlara baxmayaraq bəzi sərnişinlər pilot kabinəsındə kimin olduğunu başa düşürlər.

Kral Villem-Aleksandr 2013-cü ildə, anası kraliça Beatris taxt-tacdan imtina etdikdən sonra taxta çıxıb. Bu ilin aprel ayında kralın 50 yaşı tamam olub. (BBC)