Alpinistlərin Comolunqmaya gedən marşrutunun ən məşhur yerlərindən biri olan Hillari adlı şaquli sıldırım qaya uçub.
Dağın zirvəsini fəth edən ilk ekspedisiyanın rəhbəri Edmund Hillarin şərəfinə adlandırılan və qar və buzla örtülü 13 metrlik qayanı keçmək üçün idmançılar, tək-tək hərəkət etməli olurdular.
Alpinistlər uçqunun 2015-ci ilin aprelində Nepalda baş verən və 8 min insanın ölümü ilə nəticələnən dağıdıcı zəlzələnin təsiri ilə titrəmə və torpaq sürüşməsi nəticəsində baş verdiyini düşünürlər.
O zaman Comolunqma da üç santimetr tərpənmişdi: "Qar örtüyü olmadan oranı keçmək necə olacaq, bilmirəm. Ora artıq işimizi çətinləşdirən daşlarla örtülüb" –deyə Facebook-da "Everestə ekspedisiyalar" səhifəsində britaniyalı alpinist Tim Mosedale yazıb.
Onun sözlərinə əsasən, keçən il qalın qar qatı ilə örtüldüyünə görə qayanı yoxlaya bilməyib, amma, bu il o, qalaqlanmış daşlarla qarşılaşıb. Hillari qayası mövcud olarkən belə, qalxmaq və ya enmək son dərəcə təhlükəli idi. Belə ki, istənilən yubanma pisləşən hava şəraitində ölümcül nəticəyə yol aça bilərdi.
Səyahətçilər bu qayanı neçə keçəcəklərini hələ ki bilmirlər.
"Hava yaxşı olarsa, istər yarım saat, istrəsə iki saat yubanma heç bir əhəmiyyət kəsb etmir. Çünki, qaya zirvəyə çox yaxındır. Lakin, hava dəyişərsə, bu ölüm-qalım məsələsinə çevrilə bilər,"-deyə hələ beş il öncə veteran alpinist Ser Kris Boninqton BBC-ə müsahibəsində demişdi.