XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

13 Noyabr 2015 - 10:18

Azərbaycanda yeni növ gürzə ilan tapıldı – FOTO

gurze-ilan.JPG

AMEA Zoologiya İnstitutu, Herpetologiya laboratoriyasının əməkdaşları (biologiya üzrə fəlsəfə doktorları S.Əhmədov, T.İskəndərov, S.Bünyatova, kiçik elmi işçilər G.Qasımova, G.Qasımova)  Quba-Xaçmaz zonasının herpetofaunası üzrə tədqiqatlar aparıblar.

AMEA-dan Strateq.az-a daxil olan məlumata görə, araşdırmalar nəticəsində Azərbaycanda Böyük Qafqazın yüksək dağlıq əraziləri üçün yeni, Gürzələr (Viperidae) fəsiləsinə aid olan ilan növü (Pelias lotiyevi – Lotiyev başıqalxanlısı) aşkar edilib:

“Bu növün dünya üzrə arealı Şimali Qafqaz regionudur və Böyük Qafqazın şimal yamacları boyu (Soçi ş. ətrafı) ərazilərindən Dağıstan-Azərbaycan sərhəddinə qədər uzanan kserofit dağlıq ərazilərini  (dən.səv. hünd. 1000-2500 m) əhatə edir. Lotiyev başıqalxanlısının  Azərbaycanda da (Dağıstanla həmsərhəd dağlıq ərazilərdə) yayılması  ehtimal olunurdu. Əldə edilən tapıntı sübut etdi ki, Gürzələr (Viperida) fəsiləsindən olan Lotiyev başıqalxanlısı  Azərbaycanda Böyük Qafqazın şimal yamaclarında yayılıb.

Hələlik bu növə Azərbaycanda yalnız Quba rayonu hüdudunda dəniz səviyyəsindən 1900-2300 m hündürlükdə yerləşən subalp dağlıq ərazilərində (Xınalıq kəndi ətrafı) rast gəlinib. Hazırda növün vertikal və horizontal istiqamətlərdə yayılmasını öyrənmək planlaşdırılır”.

Strateq.az