XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 May 2017 - 20:11

Dünyanın ən böyük kitabı- FOTO

Əbu-Dabidə müqəddəs Ramazan ayı münasibətilə Məhəmməd Peyğəmbər (s.ə.s.) haqqında dünyada ən böyük kitab nümayiş etdirilir.

Çəkisi 1,5 ton olan kitabda Məhəmməd Peyğəmbərin (s.ə.s.) həyat fəaliyyəti və şəxsiyyəti təsvir olunub. Bundan əlavə, kitab dinc yanaşı yaşama və mütərəqqi din kimi İslama tolerant münasibət ideyalarını yaymaq məqsədi daşıyır.

Bu unikal kitaba 30 alimin əsəri daxil edilib. Kitabı ərsəyə gətirmək, o cümlədən içərisindəki mətni yazmaq üçün üç yüz işçi dörd il ərzində onun üzərində çalışıb.

Hazırda kitab 22 beynəlxalq və yerli mükafata layiq görülüb, habelə Ginnesin Rekordlar Kitabında fəxri yer tutub(azərtac).