XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

01 İyun 2017 - 21:55

Sürücülər, satıcılar, cərrahlar və tərcüməçilər işsiz qala bilər

Bir qrup britaniyalı və amerikalı alim süni intellektin insan bacarıqlarını nə zaman üstələyəcəyi barədə təhlil aparıb.

Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, süni intellekt 2024-cü ildə tərcümə sahəsində artıq insanı əvəz edə biləcək.

2027-ci ilədək yük maşınlarının sürücüləri, 2031-ci ilədək mağaza satıcıları süni intellektlə əvəz olunacaq.

Bundan başqa, yazıçılara 2049-cu ildə, cərrahlara 2053-cü ildə ehtiyac qalmayacaq.

Mütəxəssislərin proqnozlarına görə, 120 ildən sonra bütün sahələrdə kompüterlər insanı əvəz edəcək/Trend.