XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

08 İyun 2017 - 23:21

Qəbələdə 250 qoyunu ildırım vurub –VİDEO

Qəbələdə 250 qoyunu ildırım vurub.

Strateq.az xezerxeber.az-a istinadən xəbər verir ki, dəhşətli hadisə rayonun Laza kəndində Yeddi sərpic dağının ətəyində baş verib.

Yaylağa aparılan sürüyə ildırım düşüb, nəticədə qoyunlardan 250-si yerindəcə tələf olub. İldırımın şiddətindən çobanlar da bir müddət şok keçiriblər.

Təxminən yarım saat sonra özlərinə gəldikdə isə acı mənzərənin şahidi olublar.