XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

13 İyun 2017 - 15:22

Mobil telefonlar kredit borcuna görə bağlana bilər –Azərbaycanda

Azərbaycanda mobil telefonların pərakəndə satış məntəqələri IMEI-kodlarının qeydiyyat sisteminin “Girov” moduluna qoşulub.

Bu barədə Trend-ə layihəyə yaxın mənbə məlumat verib.

Məlumata görə, “Girov” modulu kredit borcunun ödənilmədiyi təqdirdə kreditlə əldə edilmiş mobil telefonları şəbəkədən ayırmağa imkan verir. “Hazırda bu modula bir çox mağaza qoşulub. İş təkcə Bakıda yox, ölkənin digər rayonlarında da həyata keçirilir”.

Mobil telefon kreditlə əldə olunarkən müştəriyə əvvəlcədən məlumat verilir ki, borcun vaxtında ödənilməyəcəyi halda mobil telefona operatorlar tərəfindən xidmət göstərilməyəcək.