XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

22 İyun 2017 - 14:15

“2024-cü ilədək Hindistanda əhalinin sayı Çini üstələyərək 1,4 milyard nəfər təşkil edəcək” –BMT

2050-ci ilədək Yer kürəsinin əhalisi 9,8 milyard nəfərə çatacaq, 2100-cu ildə isə bu göstərici 11,2 milyard nəfər olacaq.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə BMT-nın İqtisadi və sosial məsələlər üzrə Departamentinin yaydığı hesabatda deyilir. Aparılan tədqiqatlara əsasən əhalinin artımı dünyanın 47 az inkişaf etmiş ölkələrin hesabına baş verir. Hazırda bu ölkələrdə yaşayan qadınların payına orta hesabla 4,3 uşaq düşür. Həmin ölkələrdə yaşayan 1 milyard insan 2050-ci ilədək artaraq 1,9 milyard təşkil edəcək.

Hesabatda deyilir ki, 26 Afrika ölkəsinin əhalisi bu dövr ərzində iki dəfə artacaq. Ekspertlərin qənaətinə görə, doğuş göstəriciləri azalacağı təqdirdə belə, artma tendensiyası qalacaq. Doğuşun ümumi göstəricilərinin azalması Yer kürəsi sakinlərin qocalması ilə əlaqədardır. Belə ki, 2100-cü ilədək 60 yaşdan yuxarı olan insanların sayı üç dəfə artaraq 3,1 milyard təşkil edəcək.

Tədqiqatda bildirilir ki, 2024-cü ilədək Hindistanda əhalinin sayı Çini üstələyərək 1,4 milyard nəfər təşkil edəcək. 2050-ci ilədək ABŞ əhalinin sayına görə tutduğu 3-cü yeri hazırda 7-ci pillədə qərarlaşan Nigeriyaya verməli olacaq.

Qeyd edək ki, hazırda dünyada 7,6 milyard nəfər yaşayır.