XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

27 İyun 2017 - 23:44

“Facebook” istifadəçilərin sayı 2 milyardı ötdü –Mark Zükerberq açıqladı

“Facebook” sosial şəbəkəsinin istifadəçilərinin sayı 2 milyard nəfəri ötüb.

Bununla da “Facebook” ən çox istifadəçisi olan sosial şəbəkəyə çevrilib.

Dünya əhalisinin sayı ilə müqayisəli şəkildə götürsək, rəqəmin astronomik olduğunu görərik. Dünya əhalisinin (təxminən 7,4 milyard) demək olar ki, hər dörd nəfərindən biri Harvard Universitetinin tələbəsi Mark Zükerberq tərəfindən 2004-cü ildə yaradılan bu sosial şəbəkənin üzvüdür.

Hazırda “Facebook”un dünyanın 50-yə yaxın şəhərində 18 min nəfərdən çox işçisi var. “Forbes” nəşrinin son hesabatına görə, “Facebook”un 33 yaşlı rəhbəri Mark Zükerberq cəmi 13 il ərzində dünyanın ən varlı 5 insanından birinə çevrilib/Azərtac.