XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

28 İyun 2017 - 00:19

İŞİD-dən növbəti rəzillik –Cənnətə pasport paylayırlar + FOTO

İŞİD-in beyinləri yuyub ölümə göndərdiyi intihar döyüşçülərinə "Cənnətə giriş pasportu” verdiyi ortaya çıxıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Iraqın Mosul, Suriyanın isə Raqqa şəhərlərində İŞİD-lə bağlı aparılan əməliyyatlar zamanı terror təşkilarının üzvlərinin beynini yuyub, onlara cənnət vəd etdiyi saxta pasportlar ortaya çıxıb.

İŞİD-in intihar bombaçılarına verdiyi pasportda isə aşağıdakılar yazılıb: "Bu pasportun sahibi sadəcə cənnətə gedə bilər. Pasport sahibi cəhənnəmə səfər edə bilməz”. 

Hər hansı adın yer almadığı pasportun digər xanalarında isə aşağıdakılar yazılıb:

Ad: Müsəlman

Ata adı: İslam

Ana adı: Takva

Doğulduğu yer: Dünya

Peşə: Dünyaya islamı yaymaq

Keçərli olduğu yer: Cənnət (Vətən)