XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

03 İyul 2017 - 20:20

Meksikada insan kəllələrindən tikilmiş qüllə tapıldı: 500 yaşlı qüllə adam başları ilə hörülüb- FOTOLAR

Meksika Milli Antropologiya və Tarix İnstitunun mütəxəssisləri kəllə sümüklərindən ibarət əfsanəvi astek qülləsini aşkar ediblər. Burada həm kişi, həm də qadın kəllələri var.

Kəllələrdən ibarət qala barədə əfsanə meksikalıları məskunlaşmadan əsrlər sonrası da vahimələndirirdi. Lakin iki illik ağır təhqiqatdan sonra, yalnız indi antropoloqlar bu qüllənin mövcudluğunu təsdiq edə biliblər. Rəvayətlərə və yazılı tarixi məlumatlara görə asteklər qüllələri məğlub edilmiş düşmənin həlak olmuş döyüşçülərinin kəllələrindən tikirmişlər. Lakin alimlər burada təkcə gənc kişi kəllələrinin deyil, uşaq və qadın kəllələrinin də olmasından təəccübləniblər.

"Biz gözləyirdik ki, burada gənc kişilərin qalıqlarını aşkar edəcəyik. Axı qadınlıar və uşaqlar döyüşçü olmurlar. Bizim belə bir məlumatımız yox idi. Bu, ilk belə tapıntıdır" – deyə Reuters agentliyinə bioloq və antropoloq Rodriqo Bolanyos bildirib.

Onun Milli Antropologiya və Tarix İnstitutundakı həmkarı Lorena Vaskes deyir ki, qədim Templo Mayor məbədinin yaxınlığındakı silindrik tikilidə 676 insan kəlləsi aşkar olunub. Templo Mayor həm də asteklərin baş allahının şərəfinə tikilmiş Uitsilopoçtli ehramı kimi tanınır.

Lakin mütəxəssislər məbədin bünövrəsini hələ qazmayıblar. Orada başqa məzarlıqlar da ola bilər. Konkistador Andreas de la Tapiyanın təsvirinə görə kəllələrdən ibarət sütünün hündürlüyü 60 metrə çata bilərdi.

De la Taliyanın dediyinə görə bu sütun ehramın əlavə tikililərindən birində yerləşirdi. Sütun – dayaqları olan divar və ya asteklər üçün xarakterik kəllə stendi şəklində ola bilərdi. Ernan Kortesin başçılığı altında konkistadorlar indiki Meksikanın şərq sahillərinə 1519-cu ildə çıxıblar.

İki il sonra onlar indiki Mexiko və ya o vaxtlar astek imperiyasının paytaxtı Tenoçtitlan şəhərini ələ keçirərək ölkənin məskunlaşdırılmasına başlayıblar.