XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

10 İyul 2017 - 12:14

21-ci əsrin Mona Lizası: İŞİD-dən canını qurtaran uşağın təbəssümü dünyanı sarsıdıb – FOTO  

Leonardo Da Vinçinin "Mona Liza" əsərini yaratmasından 514 il ötüb.

Amma 21-ci əsrdə də başqa bir Mona Liza yaradılıb. İstedadlı bir rəssamın firçası ilə deyil, qorxu ilə həqiqi Mona Liza yaradılıb. Qəmgin və həyəcanlı görüntüdür: Qorxudan azad olunanın Suriyalı qızın gülümsəməsi. Bu şəkil milyonlarla insanın diqqətini çəkib, ürəyini kövrəldib. Foto onun İŞİD terrorçularından qaçıb xilas olduğu an çəkilib.

İndi bu foto virtual aləmdə çoxlu sayda insan tərəfindən izlənilir.  Müharibə, aclıq və yoxsulluq kabusu ilə gedən nəfəsinin qayıdacağına ümid olmadan böyüyən uşaqların varlığı içdən dağılır.

Bunların uşaqlıqdan olan payı kukla deyil, bomba və silahdır. Bəzən görüntülər müharibənin acılarını çox dəqiq əks etdirir.