Odessa qubernatoru Mixail Saakaşvili yeni bahalı avtomobili ilə Ukrayna mətbuatının gündəminə gəlib.
Strateq.az xəbər verir ki, Ukrayna mətbuatı «Mercedes S63» markalı bu avtomobilin qiymətinin 4 milyon 275 min qrivna olduğunu açıqlayıb.
Mətbuat yazır ki, Saakaşvilinin əvvəlki avtomobili də eyni markadan olub. Lakin həmin vaxt qubernator bu alman maşınının daha köhnə modelini istifadə edib. Saakaşvilini 4 mühafizəçinin qoruduğu da diqqətdən qaçmayıb.