XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 July 2017 - 17:07

“ABŞ-ın super həkimi” adına layiq görülmüş azərbaycanlı doktor kimdir? –FOTO

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin (SER) əməkdaşları tərəfindən “Azərbaycan Vikipediya”sında   Nyu-York Lanqon tibb mərkəzində nevrologiya tibb dosenti və Nyu-York Lüteran Tibb Mərkəzində Baş ağrısı şöbəsinin rəhbəri, professor Səid  Aşina haqqında məqalə yaradılıb.

Bu barədə Strateq.az-a Mərkəzi Elmi Kitabxanadan məlumat verilib. Doktor Aşina tibbi dərəcəsini Danimarkanın Kopenhagen Universitetində qazanıb. O, tibbi təcrübəsini Yeni Haven ştatının Yeil Universiteti tibb məktəbinin Müqəddəs Rafael xəstəxanasında alıb. Səid Aşina nevrologiya rezidensiyasını Albert Eynşteyn tibb kollecində edib. O, Montefior Baş ağrısı mərkəzində və Danimarka Baş ağrısı mərkəzində təhsilini artırıb.

Doktor Aşina Amerika Psixiatriya və Nevrologiya Şurasının və Nevroloji Müxtəliklərin Vahid Şurasının Baş ağrısı mərkəzində diplomatdır. Beynəlxalq Baş ağrısı Cəmiyyəti Təhsil Komitəsinin üzvüdür.

Doktor Aşina həmçinin Baş ağrısı Pozuntularının Beynəlxalq təsnifatının 3-cü nəşri üçün Tension-Type baş ağrısı üzrə Beynəlxalq baş ağrısı cəmiyyətinin baş ağrısı təsnifatı alt komitəsinin üzvüdür. O, “Nevrologiya” İcmalının redaktoru və “Baş ağrısı” və “Ağrı” jurnalının məsləhət şurasının üzvüdür.

Səid Aşina Amerika Baş ağrısı Cəmiyyətindən Kliniki Baş ağrısı Yoldaşlıq mükafatı və 2012-ci ildə Avropa Baş ağrısı Federasiyası/Baş ağrısı Tədqiqatları üçün İtaliya Cəmiyyətinin təsis etdiyi Enriko Qreppi mükafatları da daxil olmaqla öz fəaliyyətləri istiqamətində bir sıra mükafatlar əldə edib.

Doktor Səid Aşina 2013-2014-cü illərdə Nyu-York “Yüksələn Ulduzlar” siyahısında “Super Həkim” adına layiq görülüb. Onun tədqiqat maraqları baş ağrısı və kronik ağrı epidemiyologiyasını, kəmiyyət sensor testini, insan ağrı modellərini və miqrende struktur beyin lezyonlarını özündə ehtiva edir.