XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

14 İyul 2017 - 15:41

“iPhone 8” “3D” lazer skanetmə sistemi ilətəchiz ediləcək

"Apple" şirkətinin mühəndisləri "iPhone 8" smartfonunun kamerasının funksionallığını artıracaq üçölçülü lazer skanetmə sisteminin yaradılması üzərində çalışırlar.

Azərtac xəbər verir ki, məlumata görə, qurğunun əsas kamerasında əlavə reallıqla işdə təsvir dərinliyinin ölçülməsini, eləcə də çəkilişin sürətli avtomatik fokuslamasını təmin edəcək vertikal rezonatorlu səthi şüalanma lazerindən (VCSEL) istifadə olunacaq. Lazer şüalanma mənbəyindən, obyektiv, sensor və prosessordan ibarətdir. Sistemin qiyməti hər smartfon üçün 2 dollar təşkil edəcək.

Bununla belə, şirkət mühəndislərinin "3D" lazer skanetmə sistemi üzərində işi "iPhone 8" modeli satışa çıxarılanadək başa çatdıra biləcəklərinə əminlik yoxdur. Yeni sistemin 2018-ci ildə işıq üzü görəcəyi gözlənilir.