XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

14 İyul 2017 - 17:48

Kinoteatr üçün ilk LED ekranınümayiş etdirilib

“Samsung Electronics” şirkəti dünyanın ilk işıq diodlu (LED) kinoteatr ekranını nümayiş etdirib. “Samsung Cinema Screen” adlanan qurğunun diaqonal üzrə ölçüsü 10,36 metr, təsvir ölçüsü 4096х2160 təşkil edir. Ekranın parlaqlığı standart kinoteatr proyektorlarının göstəricilərini 10 dəfə üstələyir. “Samsung Cinema Screen” qurğusunun nümayiş etdirdiyi təsvir parlaq rəngləri və kontrastlığı ilə seçilir.

Azərtac xəbər verir ki, məlumata görə, yeni qurğu hazırda kino avadanlıqlarının qiymətləndirilməsi üçün tətbiq edilən mövcud “DCI” spesifikasiyalarını xeyli geridə qoyur. Cənubi Koreyanın “Lotte Cinema” kino şirkəti ilə birlikdə hazırlanan “Samsung Cinema Screen” ekranı “High Dynamic Range” texnologiyasını dəstəkləyir.

“LED” ekran Cənubi Koreya kinoteatrlarında uğurla sınaqdan keçirilib.