XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

14 İyul 2017 - 18:04

Yaponiyalı memarlardan ev problemininhəlli yolları

Müasir dünyamızda mənzil məsələsi aktual problemlərdən biridir. Hər bir insan kiçik də olsa, şəxsi mənzilinə sahib olmaq istəyir.

Azərtac “novate.ru” saytına istinadla bildirir ki, Yaponiyada bu problem də artıq öz həllini tapıb. “Mizuishi Architects Atelier” memarlıq studiyasının mütəxəssisləri ilk baxışdan nəzərə çarpmayan ensiz bir evin layihəsini təqdim ediblər. Evin daxili dizaynı isə ən təcrübəli memarları belə, təəccübləndirə bilər.

Sahəsi 52,4 kvadratmetr təşkil edən ev 2 mərtəbəlidir. Kənardan ensiz görünsə də, əslində dizaynerlərin səyləri nəticəsində içərisi xeyli geniş görsənir.

Evin planı da bir qədər qeyri-adidir. Belə ki, yataq və vanna otağı 1-ci mərtəbədə, mətbəx və qonaq otağı isə 2-ci mərtəbədə yerləşir.

Bundan əlavə, onun damında ailə üçün oyun otağı da var ki, ora pilləkənlə çıxmaq mümkündür.