Şotlandiyanın Alva adası satışa çıxarılıb.
Strateq.az bildirir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb. 2 min hektar ərazisi olan Alva adası 4 milyon 250 min avroya (5,5 milyon dollar) qiymət qoyulub. Daxili Hebrid adaları arxipelaqında yerləşən Alvanın uzunluğu 12 kilometr, eni 4 kilometrdir. Burada ilk məskunlaşma bizim eradan əvvəl 6-cı minillikdə olub. Adada 123 növ quş və maral yaşayır.
Alvada 1950-ci illərdə tikilmiş iqamətgah, kilsə, restoran və 8 tikili var. Qəzet yazır ki, ada son 70 ildə ilk dəfədir satışa çıxarılıb.