XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 December 2015 - 11:01

Batan gəmi tapıldı – İçindən 1,5 milyardlıq daş-qaş çıxdı

18-ci əsrin əvvəllərində batan İspaniya gəmisi Kolumbiya sahillərində üzə çıxıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, «San-Xose» adlı gəmidən 1,5 milyard dollarlıq qiymətli daş-qaş, qızıl və gümüş pullar tapılıb. 

«The Guardian»ın məlumatına görə, “San-Xose” 1708-ci ildə Karib dənizində batıb. Gəminin hansı ölkənin mülkiyyəti sayılması ilə bağlı ABŞ-la Kolumbiya arasında uzun illər məhkəmə çəkişməsi gedib.

2011-ci ildə məhkəmə Kolumbiyanın xeyrinə qərar çıxarıb. Hazırda gəmidə olan bütün qiymətli əşyalar Kolumbiyanın hesab olunur.