İngiltərənin “Containex” memarlıq şirkəti mobil evciklərin tikintisi üzrə ixtisaslaşıb. Onlardan biri də Londonda qurulmuş 17,5 kvadratmetr sahəsi olan kiçik evdir.
Azərtac “novate.ru” saytına istinadla bildirir ki, bu şəhərin “kasıb” məhəllələrində yerləşən evlərdən azı 5 dəfə kiçikdir. Bununla belə, mobil ev 300 min dollara alınıb və sahəsinə görə çox bahalı sayılır.
Evin balaca olmasına baxmayaraq, burada qonaq və yataq otaqları, eləcə də mətbəx yerləşir. Mobil evcikdə hər bir metr səmərəli istifadə olunub.