XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

21 İyul 2017 - 12:38

Putinin saatı hərracda 1 milyon avroya satıldı –Onu alan şəxs adını açıqlamayıb


“Monaco Legends” hərrac evi əvvəlki sahibi kimi Vladimir Vladimiroviç Putin kimi qeyd olunmuş bahalı saatın satışı barədə məlumat yayıb.

Nadir “Patek Philippe Triple Complication” saat modelini naməlum alıcı əldə edib.

BBC-nin rus xidməti bildirir ki, saat hərracın elə birinci günündə satılıb. 239 saylı lot (“Patek Philipp Platinum Vladimir Putin” saatı) iyulun 19-da 1 milyon 54 min avroya alıcısını tapıb. “Putinin saatı”nın yeni sahibinin adı gizli saxlanılır. “Monaco Legends Motors”un sədri Klod Koenin sözlərinə görə, onlar bu informasiya ilə bölüşə bilməzlər.

Hərrac başlamazdan əvvəl məlumat verilib ki, saatın keçmiş sahibi Rusiya prezidentinin tam adaşıdır. “5208P Triple Complication” saatı olduqca nadir tapılan modeldir, belə ki, onu məhdud sayda istehsal edirlər. Bu saat yalnız xüsusi sifarişlə və məxsusi müştərilərin istəyi əsasında hazırlanır. Onun qiyməti 850 min avro ilə 1 milyon 500 min avro arasında dəyişir.

Kremldə saatın Putinə aid olması ilə bağlı iddiaları “uydurma” adlandırıblar.