XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 July 2017 - 13:33

Buzlu Antarktida ilk toy mərasimi olub –Cütlük dünyanın ən soyuq məkanında evləndi +FOTOLAR

Antarktidada Böyük Britaniyanın elmi stansiyasında iki iədqiqatçının kifayət qədər qeyri-adi toyu baş tutub.

Tom Slvester və Culia Baum Antarktida yarımadasının qərbində yerləşən Adelaide adasındakı Rothera tədqiqat stansiyasında evləniblər. Culia narıncı rəgli parçadan paltar geyinib. Cütlüyün toy üçün fotosessiyası mənfi 9 dərəcədə çəkilib: "Antarktida inanılmaz gözəl yerdir və bizim burada çoxlu dostluqlarımız yaranıb. Biz həmişə yaxın dostlarımız üçün kiçik toy keçirməyi düşünürdük. Lakin biz heç vaxt dünyanın ən ucqar güşələrindən birində evlənə biləcəyimizi düşünməmişdik", – deyə Tom Slvester bildirib.

"Son 10 il ərzində Tom və mən həm işləmişik, həm də bütün dünyanı gəzmişik. Və bizim Antarktidakı toyumuz bunun kulminasiya nöqtəsi oldu",- deyə Culia Baum əlavə edib. Tom özü yerli emalatxanada misdən nişan üzükləri hazırlayıb.

Toy mərasimində stansiyanın 20 əməkdaşı qonaq qismində iştirak edib. Cütlüklər 11 il əvvəl Wales-dəki turistik mərkəzdə tanış olublar. Onların hər ikisi təcrübəli alpinist, təlimatçı və tədqiqatçıdır. Cütlük 3 il əvvəl nişanlanıb.

Nigah Londonda Xarici İşlər Nazirliyinin binasında yerləşən BAT rəhbərliyi tərəfindən qeydə alınıb. Bu da həmin nigahın Böyük Britaniya ərazisində də hüquqi əsası olduğunu göstərir. Bu toyun BAT-ın nigah barədə qanunları sadələşdirdikdən sonra Antarktidada yaşayan britaniyalılar arasında baş tutan ilk toy olduğu qeyd olunub.

Əsasən bioloji tədqiqatların keçirildiyi Rothera stansiyası Britaniya Antarktida Ekspedisiyasının ən böyük obyetklərindən biridir. Cütlüklər burada ötən ildən işləyirlər. (BBC)