XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 July 2017 - 10:56

“Ağıllı üzük”lər satışa çıxarılır –Onunla marketdə alver edə, qapınızı aça bilərsiniz +FOTO

Fərqli texnologiya markalarının müxtəlif taxılan (geyinilə bilinən) texnologiya məhsullarına şahid oluruq. Bu məhsullardan biri də Melani və Stiv  Şapiro adlı bir cütlüyün qurduğu "Token" adlı şirkət tərəfindən təqdim olunub.

 “Marja” xəbər verir ki,  "Token Ring" adlı üzüya alsanız  daha açarlarınızı, kredit kartı və nəqliyyat kartlarınızı özünüzlə daşımağınıza ehtiyac qalmır. Barmaq izi oxuma xüsusiyyəti sayəsində üzüyü yalnız sahibi istifadə edə bilir və sahibi üzüyü çıxaranda isə üzük kilidlənir. Başqa biri üzüyü taxanda üstündəki kiçik rəqəmsal ekranda qırmızı işıq yanmağa başlayır.

 "Token Ring" 50 metr dərinliyə qədər su keçirmir. Bu sayədə üzük duşda və hovuzda barmaqda qala bilər. Şirkətin ilk məhsulu olan üzük, kabelsiz enerji doldurma xüsusiyyətinə malikdir və bir dəfə doldurma ilə 2 həftə batareya ömrü vəd verir. Üzərində olan Bluetooth və NFC texnologiyaları sayəsində Visa və Mastercard kredit kartlarını əlavə edərək alış-veriş apara bilirsiniz. Apple Pay məntiqinə malik "Token Ring"i nəqliyyat  kartları əvəzinə də istifadə edə bilərsiniz.


 "Token Ring"in ən yaxşı xüsusiyyətlərindən biri də notbukların kilidini aça bilməsidir. Şifrənizi "Token Ring"ə daxil etdikdən sonra tək etməniz lazım olan üzük ilə iki dəfə stola vurmaqdır. "Token Ring" ilə mənzilinizin qapısını da açıb bağlaya bilərsiniz. Sadə və qəşəng dizayna malik üzüyün paslanmaz polad, qara rodium və 14 əyar qızıl kimi 3 fərqli modeli var. Ağıllı üzüklər dekabr ayında texnologiya marketlərində rəflərdə yerini alacaq.

Üzüyün 250 dollardan satışa çıxacağı gözlənilir.