XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 July 2017 - 12:12

Ərəb Əmirliklərində bahalı daşlarla bəzədilmiş yaxta suya buraxılıb –FOTO

Birləşmiş Ərəb Əmirliklərində əlvan daşlarla bəzədilmiş super-yaxta suya buraxılıb.

 "Vistanews.ru" xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində növbəti dəfə planetin ən varlı adamlarının bəzilərinin bu ölkədə yaşadığı sübut olunub. Uzunluğu 47 metr olan yaxtanın hazırlanmasında yəşəm, lazurit, xrizopraz (yarımqiymətli daş) və ametist daşlarından istifadə olunub. Sifarişlə tikilən yaxta "lyuks" sinfinə aid olan "Gulf Craft" tərsanəsinin üzərində quraşdırılıb.

Səkkiz kayutu olan yaxta göyərtəsində 18-dək qonaq qəbul edə bilir. Bu möcüzənin qiyməti kimi, sahibinin də adı açıqlanmır. Lakin o da məlumdur ki, həmin adam artıq 4-cü dəfədir sözügedən tərsanədə yaxta sifariş edir. (Azərtac)