ABŞ-ın Kolorado ştatının sakini Maykl İnqfors lotereyadan 500 min dollar udub.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu məbləği 840 min nəfərdən birinin qazanmaq şansı olub.
Yaşamağa yeri olmayan Maykl bu vaxta qədər dəfələrlə lotereya alsa da, 2 dollardan artıq uda bilməyib.
İndi qazandığı məbləğə özünə ev almağı, iş qurmağı və 20 ildir görmədiyi qızıyla münasibətlərini düzəltməyi düşünür.