XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2015 - 14:54

Netanyahunun iti rəsmi mərasimdə qalmaqal yaratdı -FOTO

Rəsmi mərasimlərin birində İsrail baş naziri Binyamin Netanyahunun Kaya adlı iti qalmaqala səbəb olub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, baş nazirin iti mərasimdə iki nəfəri, eləcə də xarici işlər nazirinin müavininin xanımını dişləyib.

Reuters-in məlumatına görə, həmin mərasimdə rəsmilər yəhudilərin milli bayramını qeyd etmək üçün bir araya gəliblər. 

İt həmçinin Netanyahunun partiyasından olan deputat Şaron Xaskeli də dişləyib.

Kaya baş nazir ailəsinə bu il – Netanyahunun oğlunun istəyi ilə daxil olub. Heyvanlara sevgisi ilə tanınan Netanyahu «Twitter»dən də insanları heyvan saxlamağa çağırmış və bundan peşman olmayacaqlarını bildirmişdi.
Mərasimdə yaşanan maraqlı anlardan biri də Kayanın ABŞ dövlət katibi Con Kerri ilə görüşməsi olub.