XƏBƏR LENTİ

06 Mart 2021

Digər Xəbərlər

05 Avqust 2017 - 19:08

Alimlər zamanın geriyə axdığıparalel Kainatdan danışırlar

Dünyanın bir qrup aparıcı alimi bildirib ki, zamanın geriyə axdığı paralel Kainat mövcuddur.

Azərtac “actualnews.com”a istinadla xəbər verir ki, kosmos tədqiqatçıları Şon Kerrollun laboratoriya şəraitində qara çuxurlar yaratmaq üzrə eksperimentləri əsasında bu qənaətə gəliblər. Paralel kainatların mövcud olması fərziyyəsini alimlərin çoxu nəzərdən keçirir. Bu fərziyyə belə bir nəzəriyyə ilə bağlıdır ki, bizim bildiyimiz kosmos, əslində, nəhayətsizdir və özünü təkrarlaya bilər. Bu sahədə ən maraqlı nəzəriyyələrdən biri bizim tipik təsəvvürümüzdən fərqlənən xüsusi kainatların mövcud olması nəzəriyyəsidir.

ABŞ alimi Şon Kerroll planetimizin tarixinin başlandığı ehtimal olunan hadisəni – Böyük partlayışı 2004-cü ildə laboratoriya şəraitində canlandırmağa müvəffəq olub. Təbii ki, eksperiment kiçik miqyasda aparılıb. Məlum olub ki, partlayış ancaq bir tərəfə istiqamətlənməyib, əks tərəflərə yönəlib. Buna görə də alimlər ehtimal ediblər ki, nəticədə zaman axını “normal” və “geriyə” olan 2 Kainat yaranıb.

Amma tədqiqatçılar bildirirlər ki, bu və ya digər nəzəriyyəni təsdiq, yaxud təkzib etmək, əslində, mümkün deyil. Bu da bizim reallıqla paralel reallığın bir-biri ilə kəsişməyən inversiv istiqamətlərdə hərəkət etməsi ilə bağlıdır.