XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

08 Avqust 2017 - 14:17

Lerikdə antik dövrə aid qəbiristanlıq və yaşayış yeri aşkarlanıb –FOTOLAR

Lerik rayonunda antik dövrə aid yeni tapıntılar aşkarlanıb.

Strateq.az Ölkə.az-a  istinadən xəbər verir ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri rayonun Gürdəsər kəndi ərazisində apardıqları tədqiqat işləri zamanı eramızdan əvvəl V əsrə aid olduğu bildirilən qəbiristanlıq və yaşayış yeri aşkarlayıb. 

AMEA AEİ-nin aparıcı elmi işçisi Ceyhun Eminli "Report"un yerli bürosuna altı ildir ərazidə antik dövrə aid qəbiristanlıqda tədqiqat işləri apardıqlarını bildirib: "İki il əvvəl qəbiristanlığa yaxın ərazidə yaşayış yerinin də olduğunu öyrəndik. Bu istiqamətdə işlər davam etdirilir. Son tədqiqatlar zamanı təpənin qayalıq hissəsində qəbiristanlığın daha erkən nümunələri sıx şəkildə müşahidə olunur. Qəbirlərdə antik dövrə aid silahlar, muncuq bəzək əşyaları və saxsı məişət əşyaları var. Aşkar edilən maddi-mədəniyyət nümunələrində həmin dövr imperiyalarının mədəni təsiri izlənilməkdədir". 

Qeyd edək ki, arxeoloji tədqiqat işləri amerikalı mütəxəssislərlə birgə həyata keçirilir.