XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Avqust 2017 - 19:30

Donuz orqanlarının insana köçürülməsi gerçəkləşir –Alimlərin dünyanı heyrətə salan kəşfi

Alimlər təhlükəli virusları donuzların DNT-sindən təmziləməyə nail olduqdan sonra bu heyvanların orqanlarının insanlara köçürülməsi yolunda son maneəni də aradan qaldırıblar.

Bu barədə nufuzulu "The İndependent" qəzeti yazıb. Beləliklə, donuzlar məxsusi olaraq donor kimi yetişdirilə bilər. Bəzi etik maneələr qalsa da, alimlərin fikrincə irəliyə doğru böyük addım atılıb. Alimlər bildirirlər ki, hazırda insanlara köçürmək üçün lazım olan toxumaların ciddi çatışmazlığı var. Bu toxumaların donuzlardan alınması mümkündür. Çünki fizioloji baxımdan insan və donuzun toxumaları arasında uyğunluq mövcuddur.

İndiyədək donuz orqanlarının insanlara köçürülməsi bir sıra retroviruslara yoluxma təhlükəsinə görə problemli idi. Donuzlarda tapılan bəzi viruslar insanlar üçün ölümcül təhlükə yarada bilər. Üstəlik donuzlarda bu viruslar artıq genlərin bir hissəsinə çevrilib. İndi isə alimlər həmin virusları donuzların genomundan xaric etməyin yollarını tapıblar. Beləliklə donuz orqanlarının insanlara köçürülməsi yolundakı bu böyük maneə aradan qalxıb.

Bəzi təcrübələr göstərib ki, donuz ürəyi iki heyvan arasındakı ciddi fərqlərə baxmayaraq primatlara köçürülə bilər. 2015-ci ildə donuzun ürəyi paviana köçürülüb və meymun bu əməliyyatdan sonra 136 gün yaşayıb. Məqalədə deyilir ki, donuz orqanlarının birbaşa köçürülməsi ilə yanaşı, donuzlarda məxsusi olaraq insana köçürülmək üçün orqanların yetişdirilməsi elmi də inkişaf etdirilir.

Bu yolla yetişdirilmiş orqan donuzun bədənində inkişaf etdirilsə də, əslində insan ürəyi olacaq. Alimlər bildirirlər ki, ürəkdən başqa donuz orqanizmində insanlar üçün mədəaltı vəz və böyrəklər də yetişdirilə bilər.