İtaliyanın «Givori» firması iPhone 6s smartfonlarının yeni məhdud kolleksiyasını təqdim edib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, «Calypso» adlanan kolleksiyadakı smartfonlar ümumi çəkisi 10 karat olan 1091 brilyant qaşla bəzədilib.
Ağ qızıldan istifadə olunaraq hazılanan bu iPhone-ların qiyməti 30 min dollardır.