Koreya Respublikası hökuməti dünyada ilk dəfə olaraq “robotlara vergi” adlanan yeni vergi tətbiq edəcək. Bu addım insanları robotların əvəz etməsinin kütləvi işsizliyə yol açması barədə ictimai rəydə formalaşmış qorxu fonunda atılıb.
“Vergiler.az” saytı bildirir ki, bununla bağlı ölkədə robot texnologiyası üçün müəyyənləşdirilmiş vergi güzəştlərinin məhdudlaşdırılacağı gözlənilir. Hesab edilir ki, “robotlara vergi” insanların əvəzinə maşınların işləyəcəyi şəraitdə gəlir vergisi üzrə itirilmiş məbləği kompensasiya edə, eləcə də işsizliyin gözlənilən artımı ərəfəsində sosial xəzinənin doldurulmasına yardımçı ola bilər.
“Robotlara vergi” təklifi artıq bu ilin sonundan qanunvericilikdə qüvvəyə minə bilər.