XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Avqust 2017 - 19:16

Bu dünyada “təmiz ağdərili irq” varmı? –Əksəriyyət aldığı DNT nəticələrindən məyus olur

Son illərdə genomika və genetika elmləri heyrətamiz inkişaf yüksəlişi keçirib. İnsan Genomu Layihəsi (Human Genome Project) kimi təşəbbüslər bizə irsiyyətimizin köklərinə baxmaq imkanı verib. Bu isə öz növbəsində genetik əcdadlarının kim olduğunu bilmək istəyənlərin sayını xeyli artırıb.

BBC radiosu bildirir ki, bu barədə "The New Statesman" jurnalı yazıb. Sifarişli DNT analizləri aparan məşhur “23AndMe” agentliyinə 2017-ci ilin 6 aprelinədək olan müddətdə 2 milyon nəfər müraciət edib. Məqalədə deyilir ki, müştərilərin böyük əksəriyyətinin ağdərili irqçilər olması da təəccüblü deyil. Onlar öz irqlərinin və "qanlarının təmiz" olduğuna əmin olmaq istəyirlər. Amma onların əksəriyyəti aldığı nəticələrdən məyus qalır.

Ağ millətçilərin ən tanınmış internet saytlarından “Stormfront”un özlərini ağ hesab etmək istəyənlər üçün xüsusi kriteriyası var: "Əcdadı 100 faiz avropalı olan qeyri-yəhudilər". Amma DNT analizi üçün nümunə göndərənlərin əksəriyyəti aldıqları nəticələri açıqlamağa tələsmirlər. Çünki onlar damarlarında "bir damcı da" qeyri-ağ adam qanı daşımadıqlarını düşünsələr də, bizim əksəriyyətimiz kimi ən müxtəlif DNT-lərin qarışığından ibarətdirlər. Bura Afrika və Asiyaya aid olan DNT formaları da daxildir.

Bu yaxınlarda Los Anjeles Universitetinin professorları Aaron Panofski və Cuan Donovan “Stormfront” saytının formunuda gedən müzakirələrin təhlilini təqdim ediblər. Onlar forum müzakirələrindən 700 istifadəçini seçiblər. Onlardan yalnız 153-ü genetik analizlərinin nəticələrini paylaşmağa razılıq verib. Professorlar bildirirlər ki, ağ millətçi hərəkatın genetik analizlərə münasibəti maraq doğurur.

Panofski deyir ki, ağ millətçilərin bir xeyli hissəsi analizdən sonra bir-birlərinə təskinlik verməklə məşğuldur. Bəzən qanı "təmiz" çıxmayanlara bu forumda “Stormfront”u tərk etmək, "zəhər içib özünü öldürmək" və ya bundan sonra pis qanı yaymamaq üçün doğub-törəməmək məsləhət görülür.

Ümumilikdə isə DNT analizlərinin nəticələrinə iki əsas yanaşma olub. Nəticələr döşünə yatmayanlar DNT analizini yalançı elm adlandırırlar. Onlar deyirlər ki, elmsiz də "təmiz ağ adama" baxan kimi onun kimliyi bilinir.

İkinci qrup millətçilər isə DNT analizlərinin mübahisəli olduğu barədə başqa alimlərin yazdıqlarına istinad edirlər. O alimlərin ki, bu məsələlərə ağdərili millətçi prizmasından baxır.

Məsələn bəzi şərhçilər deyirlər ki, burada qeyri-Avropa DNT-nin faizini əsas götürmək lazımdır. Belələri inanırlar ki, "təmiz ağ adamlarda" qeyri-ağ DNT-nin aşkar edilməsi qədimlərdə həmin adamların ulu nənələrinin qeyri-ağlar tərəfindən zorlanması ilə bağlı ola bilər. Onların fikrincə buna həm də yad torpaqlara basqınlar edən ağ vikinqlərin oralardan qeyri-ağ qadınları gətirməsi də səbəb ola bilərdi.

Məqalədə deyilir ki, genetik tədqiqat nəticələrini tam inkar etməyin qeyri-mümkünlüyünü başa düşən bəzi ağ millətçilər kompromis kriteriya təklif edirlər. Onlar deyirlər ki, ağ adamlarda "ağlığın faizi" əsas götürülməlidir və "100 faiz ağ və bir damcı da natəmiz qan" konsepsiyası artıq köhnəlib. Ağdərili millətçilərin üçüncü bir kəsimi də var ki, bunlar genetik analizləri yəhudilərin qəsdi adlandırırlar.

Amma alimlər etiraf edirlər ki, genetik analizin özü də elmi baxımdan qüsursuz deyil. Bununla belə, Panofski əmindir ki, heç bir elmi nəticə ağ millətçilərin öz saflıqlarına inamını sındıra və baxışlarını dəyişə bilməz.