XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

24 Avqust 2017 - 17:06

Süni intellekt ilk dəfə albom üçün musiqi yazıb –“Elektron bəstəkar” ideyası reallaşır

Süni intellekt tərəfindən musiqi əsərlərinin bəstələnməsi, musiqi albomlarının yazılması artıq reallıqdır.

Belə ki, “IAMAI” musiqi albomu tamamilə elektron bəstəkar tərəfindən yazılmış musiqidən ibarətdir. AZƏRTAC “belta.by” saytına istinadən xəbər verir ki, ilk öncə “Amper” süni intellekti mağaza və ofislər üçün sakit mahnılar bəstələməli idi ki, onların sahiblərinin müəlliflik hüququ ilə bağlı problem olmasın. Amma sonra süni intellektin yaradıcıları belə proqramın əsl mahnıların yaradılmasında faydalı ola biləcəyi barədə düşünüblər.

Müğənni Tarin Sautern ilə birgə ilk albomun çıxarılmasına dair qərar verilib. Sözlərin müəllifi olan müğənni həm də vokal partiyalarını ifa edib. O, temp, ritm və musiqi stili təyin edib, “Amper” süni intellekti isə saniyələr ərzində onun sözlərinə musiqi bəstələyib. Süni intellektin öz iştirakı ilə ilk klip yaradılıb. Əlbəttə, bu kompozisiyanı musiqi sənətinin şah əsəri adlandırmaq çətindir, amma bu, yalnız başlanğıcdır.