XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

25 Avqust 2017 - 16:17

Londonlu ixtiraçıdan tənbəllər üçün nəqliyyat vasitəsi- FOTO

London sakini Con Dinqli ən tənbəl adamlar üçün orijinal bir nəqliyyat vasitəsi ixtira edib.

Azərtac “novate.ru” saytına istinadla bildirir ki, böyük fantaziyaya malik ixtiraçının “Electro-Luge 500S” adlanan taxta lövhəsi elektrik mühərriki ilə işləyir. Onun üzərində uzanmaqla istənilən yerə sürmək mümkündür.

Bu nəqliyyat vasitəsini öz qarajında düzəldən Cona bunun üçün 1 ay vaxt lazım gəlib. Sürəti saatda 60 kilometrə çatan maşın sudan, tozdan və palçıqdan etibarlı şəkildə qorunur.