XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Avqust 2017 - 11:08

Yoxa çıxmış “adamyeyən ağac” –Ağac qurbanlarını necə “yeyirmiş”?

1881-ci ildə alman alimi Karl Liç məktublarında Madaqaskar adasına səyahəti zamanı aborigenlərin "adamyeyən ağac" haqqında söylədikləri barədə yazıb.

Yerli əhalinin təsvir etdiyinə əsasən, 2,5 metr hündürlüyündə olan ağacın yuxarı hissəsində 4-5 metr uzunluğunda yarpaqları varmış.

AZƏRTAC xəbər verir ki, ağacın yarpaqların ortasında kənarı bıçaq kimi iti iynəli kasaşəkilli iri "qab" olub. Şahidlərin dediyinə görə, aborigenlər qurbanvermə mərasimində əvvəlcə dualar oxuyur, sonra gənc qızları döyə-döyə ağacın yanına aparırmışlar. Madaqaskar palmasına oxşayan ağacın budağına qalxıb onun şirəsindən içən qadın huşunu itirirmiş.

Ağac iynəşəkilli tikanlarını batırandan 3-4 saat sonra qadın ölürmüş. Yavaş-yavaş qan içində olan bədən ağacın kasaşəkilli hissəsində yox olurmuş. On gün sonra isə ağacın dibindən onun "həzm edə bilmədiyi" sümüklər tapılırmış. Uzun illər adanın sakinlərinin "adamyeyən ağac" adlandırdıqları bitki alimləri çox maraqlandırıb. Həmin ağaca XIX əsrdə rast gəlinsə də, sonrakı yüzillikdə onu görən olmayıb. Alimlərin fikrincə, cəngəlliklərin sürətlə məhv edilməsi onların kökünü kəsib. Digər fərziyyələrə görə, keçilməz cəngəlliklərdə itənlər "adamyeyən ağaclar"ın qurbanı olur.