XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 September 2017 - 19:49

Yer kürəsi yaxınlığından nəhəng asteriod keçdi –Sonuncu dəfə 1890-cı ildə Yerə yaxınlaşıb

 

Amerika Milli Kosmik Agentliyinin (NASA) yerətrafı potensial təhlükəli obyektləri sistematik müşahidələrə başladığı dövrdən bu yana ilk dəfə müşahidə etdiyi ən böyük asteroid Yer kürəsinə yaxınlaşıb.

Florens asteroidi bu gün, sentyabrın 1-də planetimizin minimal yaxınlığından – 7 milyon kilometr aralıdan keçib.

Şamaxı Astrofizika Rəsədxanasını elmi işçisi Vaqif Xəlilov  bildirib ki, indiyə qədər Yerə bundan da çox yaxınlaşan asteroidlər olub. Amma onların hamısının ölçüsü kiçik idi. Florens isə NASA-nın müşahidə etdiyi ən böyük obyektdir. Onun diametri 5 kilometrə çatır. Hesablamalara görə, Florens sonuncu dəfə 1890-cı ildə Yerə yaxınlaşıb. Onun özünü isə 1981-ci ildə kəşf ediblər. Asteroid Yerə birbaşa təhlükə yaratmır. Amma bu yaxınlaşma təbii kataklizmlərə səbəb ola bilər.

    Qeyd edək ki, Florens asteriodinin növbəti dəfə planetimizə 40 ildən sonra yaxınlaşacağı gözlənilir. (APA)