XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

03 Sentyabr 2017 - 09:51

ABŞ-da 66 milyon yaşı olan dinozavr skeleti tapılıb –FOTO

ABŞ-ın Kolorado ştatında inşaat işçiləri 66 milyon yaşında olan dinozavr skeleti tapıblar.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, skeletin üzərində tədqiqat aparan mütəxəssislər onun çəkisinin 6 ton və hündürlüyünün 9 metr olduğunu qeyd ediblər. Onun başında üç ədəd qalxanvari buynuz da var.

Bildirilib ki, tapılan skelet dinozavrın nadir rast gəlinən növünə aiddir. Bu, elmi muzey tərəfindən də təsdiq edilib.