XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 September 2017 - 19:06

Antarktidanın duzlu göllərində yaşayan mikroblar təkamülün sirrini açır –Araşdırma

Avstraliyalı alimlər Antarktida qitəsinin duzlu göllərində yaşayan mikrobların virusların təkamülünün öyrənilməsinə yardım edəcəyini bildiriblər.

AZƏRTAC “Nature Microbiology” dərgisinə istinadla xəbər verir ki, 18 aylıq araşdırma nəticəsində bəzi mikrobların öz daxilində kiçik halqavarı DNA molekulları plazmidləri saxladığı məlum olub. Elm adamları əsas hüceyrədə müstəqil olaraq törəyəbilən plazmidlərin virusların böyüməsinə və həyatda qalmasına kömək edəcəyini və tədqiqatın virusların təkamül tarixini işıqlandıra biləcəyini açıqlayıblar.

Tədqiqatçılar plazmidlərin viruslar kimi tez-tez şəkil dəyişdirdiyini, hüceyrə divarına daxil olan proteinlər istehsal etdiyini, bəzi virusların plazmidlərdən inkişaf etdiyini bildiriblər.