XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

03 Sentyabr 2017 - 20:53

Pentaqon rus hərbçilərinin molekullarını alır –Elan olunmuş qəribə tender Rusiyanı qorxutdu

  

ABŞ Hərbi Hava Qüvvələrinin aviasiya təlim komandanlığı avropoid irqindən olan Rusiya hərbi qulluqçularının canlı RNK nümunələrinin alınması üçn tender elan edib.  (RNK bütün canlı orqanizmlərin hüceyrələrində olan üç əsas makromolekuldan biridir, digər ikisi DNK və zülaldır).

Tender barədə elan ABŞ-ın dövlət satınalmaları saytında yerləşdirilib. Elana əsasən təchizatçı şirkət Rusiyadan olan donorlardan 12 RNK molekulu nümunəsi və əzələ toxumasının 27 sinovial maye nümunəsini alıb ABŞ Hərbi Hava Qüvvələri komandanlığına təqdim etməlidir.

“Bütün nümunələr avropoid irqinə mənsub olan, yetkinlik yaşına çatmış və kişi cinsinə məxsus sağlam donorlardan götürülməlidir. Hökumət Ukraynadan olan toxuma nümunələrini qəbul etməyəcək”-sənəddə deyilir. Formal olaraq toxumaları hərbi təyyarəçilər hazırlayan struktur alır, lakin toxumalar Texas şttatındakı Leklend şəhərində yerləşən 59-cu Amerika hərbi tibb komandanlığına çatdırılacaq. Satınalmaların kuratoru Markus Mettinqli bu tenderi şərh etməkdən imtina edib.

Və Rusiya nəşri dərhal bu nəticəyə gəlib ki, ABŞ-da elan olunan bu tender ruslara qarşı hansısa yeni bioloji silah hazırlamaq cəhdlərinin bir hissəsidir. “Görürsünüzmü, RNK nümunələrini ancaq orduda xidmət edən sağlam kişilərdən əldə etmək tələb olunur”-hərbi ekspert və BMT-nin bioloji silahlar üzrə komissiyasının keçmiş üzvü İqor Nikulin deyir.

Ekspert deyir ki, son illər ABŞ Rusiyanı hər tərəfdən bakterelioji labaratoriyalarla əhatələyib. Pentaqon dünyada biolabaratoriyaların yaradılmasına milyard dollardan çox pul xərcləyib. Belə labaratoriyaların sayı artıq 400-ü keçib.

“Onlar əsasən Afrikada, Latın Amerikasında, Asiyada yerləşiblər. Lakin keçmiş SSRİ ərazisində də onların sayı 20-dən az deyil. Bu labaratoriyalar Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Ukraynada yerləşiblər. Ötən il üç belə labaratoriya Ermənistanda açıldı, növbədə Azərbaycandır”-Nikulin deyir.

Ekspert iddia edir ki, ABŞ qəsdən Rusiyanı hər tərəfdən biolabaratoriyalarla əhatəe dir. Bundan əlavə Ukrayna, Gürcüstan, Azərbaycan və Qazaxıstan ABŞ-a sovet dövründən labaratoriyalarda saxlanılan təhlükəli xəstəlik törədicilərinin kolleksiyasını veriblər. “Və bunlar ABŞ-a imkan verdi ki, Rusiyanın bu sahədə hansı potensiala malik olduğunu öyrənsin”-Nikulin deyir.

ABŞ keçmiş sovet ölkələrindən təhlükəli xəstəlik daşıyıcıları olan mikroorqanizmləri onların yayılması riskinin qarşısını almaq üçün aldığını bildirir. Lakin Rusiyada bu izahla razı deyillər və hətta XİN ABŞ-dan tələb edib ki, keçmiş sovet respublikalarında biolabaratoriyalar açmasını və mikroorqanizmlərlə işləməsini izah etsin. (virtualaz.org)