XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 September 2017 - 16:53

Qızıl “iPhone 8”- İlkin sifarişlərin qəbuluna başlanılıb (FOTO)

Londonun "Goldgenie" mağazası qızıl "iPhone 8" smartfon modeli üçün ilkin sifarişlərin qəbuluna başlayaraq, qurğunun sentyabrın 12-də keçiriləcək təqdimatını qabaqlayıb.

Azərtac xəbər verir ki, şirkət sifarişçilərə "iPhone 8" modelinin qızıldan və ya platindən düzəldilmiş versiyalarını çatdıracaq. Arzu edənlər isə qurğunun brilyantlarla bəzədilmiş versiyasını əldə edə biləcəklər. Şirkət, həmçinin qurğunun adi korpusunu bütöv 18 karatlıq versiya ilə əvəzləyə bilər. Bu şirkət "iPhone" modellərinin dizaynının təkmilləşdirilməsi ilə uzun müddətdir məşğuldur. Ötən il mütəxəssislər "iPhone 7 Plus" modelini 24 karatlıq qızıl və brilyantlarla bəzəyiblər. Qurğunun qiyməti 3 min 258 dollar təşkil edib.

"Goldgenie" nümayəndələri hazırda "iPhone 8" və "iPhone 7s" smartfonlarının qiymətini açıqlamasalar da, qızıl-zinət əşyaları ilə bəzədilmiş qurğuların qiymətinin yüksək olacağı ehtimal edilir.