XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 September 2017 - 15:29

“Telegram” və “Вконтакте”nin qurucusundan sensasiyalı təklif:""Apple" və "Google" öz ölkələrini yaratsın"

Hakimiyyətlərin biznesə ziyan vuran tənzimləmələrindən yayınmaq üçün ABŞ-ın "Apple" və "Google" kimi kampaniyaları öz ölkələrini yarada bilərlər.

Strateq.az xəbər verir ki, bu sensasion təkliflə “Telegram” və “Вконтакте”nin qurucusu Pavel Durov çıxış edib.

Durov bildirib ki, mövcud şəraitdə informasiyaya giriş əldə etmək istəyən ABŞ hakimiyyəti tərəfindən “şəxsi həyatın toxunulmazlığına meyl edən” İT-kompaniyalarına qarşı təzyiqlər edilir və Amerika kompaniyaları çox vaxt hakimiyyətin bu təzyiqləri haqqında danışa bilmirlər.

"Mobil cihazlarımızda quraşdırılan və bizim asılı olduğumuz “Google" və "Apple" əməliyyat sistemlərini hazırlayan iki kompaniya ABŞ-da yerləşir. Mən bu problemin heç bir həll yolunu görmürəm. Ümid edirəm ki, "Google" və "Apple" kimi nəhəng kompaniyalar günün birində onların qurucularının missiyalarının həyata keçirilməsinə mane olan istənilən hökumətdən müstəqil olacaqlar. Hətta öz məxsusi ölkələrini yaratmaq yoluyla olsa belə…”, – deyib binesmen.

Pavel Durov qeydlərində "The Baffler" nəşrinə FTB agentlərinin “Telegram”ı əməkdaşlığa məcbur etmək cəhdlərindən bəhs etdiyi müsahibəsinə də istinad edib.

Durov xatırladıb ki, FTB əməkdaşları 2016-cı ilin mayında onun San-Fransiskodakı mənzilinə gəliblər və servisin işi haqqında ona suallar verməyə başlayıblar. Durov bu mənzili ev kirayələmə saytı olan "Airbnb" vasitəsilə tutubmuş.

2017-ci ilin yayında isə “Telegram”ın başı üzərini bütün Rusiya ərazisində tam bağlanma təhdidi alıb. Pavel Durov kompaniyasının gizli hesab etdiyi məlumatları Rusiya hakimiyyətinə təqdim etməkdən imtina etdikdən sonra, "Roskomnadzor" (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiya Sferalarına Nəzarət Üzrə Federal Xidmət – tərc.) ona tezliklə messencerin bağlanacağı haqqında xəbərdarlıq edib.

Uzun sürən açıq yazışmalardan sonra “Telegram”ın təsisçisi lazım olan məlumatları idarəyə verməyə razılaşıb. Bununla belə, Durov qeyd edib ki, istifadəçilərin şəxsi məlumatlarının verilməsindən söhbət getməyib.