XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

12 Sentyabr 2017 - 18:48

“Hadrian” adlı robot evi 2 günə tikir- Onlarla işçini əvəz edir

İngiltərəli mühəndisin yaratdığı "Hadrian" adlı robot evi 2 günə tikməklə onlarla işçini əvəz edə bilər.

Azərtac infuture.ru saytına istinadla bildirir ki, robot 1 saatda 1000 kərpic qoymaq iqtidarındadır.

Hər hansı bir tikinti obyektinin planı ilə bağlı proqramlaşdırılan süni intellekt hər kərpicin yerini avtomatik təyin edərək, 8,5 metrə çatan əlləri ilə onları yerinə düzür və məhlulla bərkidir. Sutkada 24 saat çalışan "Hadrian" ildə 150 ev tikə bilir.