XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

15 Sentyabr 2017 - 17:34

Texasda qasırğadan sonra çimərlikdə qəribə məxluq tapılıb –FOTOLAR

Harvey qasırğası zamanı Texas çimərliyinə bir sirli dəniz canlısı atılıb.

Bu canlı Preti Desai adlı yerli sakin qız tərəfindən aşkar edilib. O, Twitter sosial şəbəkəsinin istifadəçilərindən kömək istəyib.

Qız, "bioloqlar, bu məxluq nədir?" başlığı altında bir neçə fotoşəkil yerləşdirib. Onun sualı anqvil (ilan balığı) üzrə bioloq mütəxəssis Kennet Tayın diqqətini çəkib və o yazıb ki, çox guman bu canlı iynədişli anqvildir. Alim həmçinin bunun bağ anqvili və ya konqer olduğunu düşünür. Belə ki, hər üç növ də bu bölgələrdə yaşayır və böyük dişləri var.

Dağıdıcı daşqınlara səbəb olan Harvey qasırğasından sonra dənizin dərinliklərində yaşayan canlılar sahilə atılıb. "Yekədiş" kimi də tanınan, iynədişli, ilanabənzər anqvil Atlantik okeanın qərb hissəsində 30-40 metr dərinliklərdə yaşayır.

Fotoqrafiya və ekologiyanı sevən Desai qasırğadan sonra olan dağıntıları qiymətləndirmək üçün çimərliyə gəlib.

BBC-ə müsahibəsində o bildirib ki, bu tapıntı ona qeyri-adi görsənib. "Mən əvvəlcə maraq duydum, lənət şeytana, bu hansı heyvandır bilmək istəyirdim". Desai deyir ki, bir çox alimlərin bu sosial şəbəkədən istifadə etdiyini öyrəndikdən sonra, şəkilləri Tvitterdə paylaşıb. Həqiqətən də, o tezliklə həkim Tay ilə əlaqə qurmağı bacarıb.

"Mən Twitter sosial şəbəkəsində bir çox tədqiqatçıların səhifələrinə abunə olmuşam. Burada böyük elmi cəmiyyət mövcuddur və deyək ki, siz bu hansı heyvan və ya bitkidir deyə bilmək istəsəniz onlar sizə kömək etməyə hazırdılar".

Gözlənilməz tapıntının sahibi bildirib ki, o "təbiət öz işini görsün" deyə anqvili elə çimərlikdə qoyub.